A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış PR eksperti, “Laboratoriya PR Agency” şirkətinin təsisçisi Afət Yaqubova tələbələr üçün master-klass keçib.

Təlimdə ictimaiyyətlə əlaqələrdə strategiyanın vacibliyindən və şirkətlərə qazandırdığı üstünlüklərdən bəhs edilib. PR strategiya və taktika, onların hazırlanma mərhələləri, korporativ və marketinq kommunikasiyalarında vacib məqamlar, uğurlu PR fəaliyyəti üçün daxili mühit amilləri, strateji yanaşmada önəmli addımlar barədə geniş məlumat verilib. Tələbələrə PR mesajının hədəfi, media və alətlərindən istifadə və monitorinq faktorları praktiki nümunələrlə izah olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay