A

UNEC-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə  iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan tələbələrə “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda maarifləndirici seminar keçirilib.

İnteraktiv formada keçirilən seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndələri tərəfindən kapital bazarı alətləri və infrastrukturu, kapital bazarlarından maliyyələşmə, kapital bazarlarında investisiyalar, investisiya xidmətlərinin növləri, dünyada və Azərbaycanda səhm və istiqraz bazarları, qiymətli kağızların emissiyası, fond birjasında kütləvi ticarət haqqında nəzəri və praktiki mövzuları əhatə edən təqdimat edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay