A

UNEC Karyera Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə marketinq ixtisasında təhsil alan tələbələr “Azerbaijan Coca-Cola Bottlers” şirkətində  informasiya turunda olublar.

İnformasiya turunun məqsədi bu ixtisasda təhsil alan tələbələri istehsal prosesi ilə tanış etmək, marketinq strategiyalarının tətbiqi üçün lazımi prosedurları yaxından izləyərək praktik biliklər qazandırmaqdır. Interbrand şirkətinin 2019-cu il hesabatına əsasən, 63 milyon dollarlıq brend dəyəri ilə dünyanın 5-ci, içki sektorunda isə birinci yeri məhz “Coca-cola” şirkətinə məxsusdur.

Görüşdə HR mütəxəssis Çinarə Məhərrəmova, eləcə də Keyfiyyətə Nəzarət və  İstehsal şöbələrinin nümayəndələri tələbələrə şirkətin və məhsulun yaranma tarixi, məhsulun tərkibi, qablaşdırma, istehsal və laboratoriya prosedurlarından, istehsal xəttindən geniş informasiyalar çatdırılıb. Daha sonra tələbələr istehsal prosesini yaxından izləmiş, sual doğuran məqamlar barədə nümayəndələrdən məlumatlar alıblar.

Sonda tələbələrə şirkətin xüsusi hədiyyələri təqdim edilib

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay