Dekabrın 2-dən etibarən UNEC Kitabxana İnformasiya Mərkəzinin 1 saylı kitabxanası artıq oxucuların istifadəsinə təqdim edilib.
Kitabxanada 15 yeni kompüterlə işləyə bilər, 5 min nüsxəyə yaxın kitab, gündəlik qəzetlər, Azərbaycan və rus dillərində elmi jurnallarla tanış ola bilərsiniz.
Qeyd edək ki, yeni kitabxanaya maraq böyükdür. İlk gün kitabxanada 254 oxucu qeydə alınıb.