UNEC Karyera Mərkəzi və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə universitetin tələbələrinə qeyri-rəsmi məşğulluğa dair təlim keçirilib.
Nazirliyin mütəxəssisi Nicat Rəhmanlı təlim iştirakçılarına qeyri-rəsmi məşğulluğun iş mühitinə yaratdığı problemlər və karyera inkişafına mənfi təsirləri barədə ətraflı məlumat çatdırıb. Qarşılıqlı diskussiya şəraitində keçən təlimdə tələbələrin bu istiqamətdəki sualları cavablandırılıb.