A

UNEC-in İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "1 müəllim - 1 tələbə" layihəsinin növbəti debatı keçirilib.

Tələbələr üçün ən maraqlı layihələrdən olan "1 müəllim - 1 tələbə"nin budəfəki  debatı "Qadın zorakılığı: mənəvi boşluqlar və hüquqi boşluqlar" mövzusuna həsr olunub. Tədbir "Humanitar fənlər" kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə və fakültə fəalı Rəşad Aslanın birgə təqdimatında keçirilib.

Debat bitdikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, layihənin müəllifi və rəhbəri UNEC-in gənc müəllimi Zeynəb Qiyasovadır. 2019-2020-ci tədris ilində UNEC TEC tərəfindən universitetin bütün fakültələri üzrə bir müəllim və bir tələbə formatında debatların təşkili nəzərdə tutulur. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay