A

UNEC-in “İqtisadçı Tələbələrə Dəstək” İB-in əsas təşkilatçılığı ilə 5 dekabr -  Beynəlxalq Könüllülər Gününə həsr edilən “Könüllülük fəaliyyəti haqqında innovativ görüş” adlı tədbir keçirilib.

Tədbirdə İTD İB-in icraçı direktoru Şahin Abbaslı, İnkişaf layihələri departamentinin rəhbəri Orxan Vəliyev, UNEC MMF İTD sədri Fərid Əsgərov, UNEC-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova, UNEC THİK, UNEC TGT, UNEC TEC nümayəndələri, həmçinin Azərbaycanda Könüllülük fəaliyyətini təşkil edən qurumların  - BİRKönüllü, KOBİA, DOST Agentliyi, Miqrasiya Könüllüsü İB-nin təmsilçiləri və tələbələr iştirak ediblər.

Tədbirdə Könüllülük fəaliyyətinin tələbələrin şəxsi inkişafının təmin edilməsində oynadığı rolun önəmi vurğulanıb. Qonaqlar tələbələrə Könüllülük fəaliyyəti və təmsil etdikləri qurumların Könüllülük proqramı haqqında ətraflı məlumat veriblər.

Daha sonra UNEC-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova könüllü tələbələrin səyi ilə həyata keçirdikləri layihələrdən danışıb. Tədbir tələbələrdə sözügedən fəaliyyətə böyük maraq oyadıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay