A

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ernst & Young Holdings” (CIS) şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları UNEC-də infosessiya keçiriblər.

Görüşdə şirkətin insan resursları üzrə baş mütəxəssisi Vüsalə Həsənova, məsləhət xidmətləri üzrə baş mütəxəssis Zaur Cəfərov, audit menecer Nizami Yusifli, TAS analitik Kamran Mustafayev, vergi üzrə baş mütəxəssis Aslan Bağırov iştirak ediblər.

İnteraktiv formatda keçən görüşdə şirkətin fəaliyyət istiqamətləri, işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları barədə geniş məlumat verilib. Həmçinin maliyyə, mühasibat və iqtisadiyyat ixtisaslarının məzunları və yuxarı kurs tələbələri üçün nəzərdə tutulan təcrübə və iş təkliflərinin şərtlərinı açıqlayıblar.

Dünyanın 150 ölkəsində 5000 müştəriyə korporativ xidmət göstərən “Ernst & Young” şirkətinin nümayəndəliyi 25 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir.

TOP XƏBƏRLƏR