A

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin II kurs tələbələri UNEC Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Son vaxtlar UNEC KİM-də baş verən yeniliklər, yeni iş təcrübəsi, 24/7 rejimli kitabxananın fəaliyyəti BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrində də böyük maraq doğurub. Bu səbəbdən onlar UNEC-in kitabxanaları ilə əyani şəkildə tanış olmaq istəyiblər. Arzuları reallaşdırılan tələbələr əvvəlcə UNEC KİM-in 24/7 kitabxanasına baş çəkib, buradakı zəngin kitab fondu, elektron məlumat bazaları, elektron kataloqda axtarış prosesləri ilə maraqlanıblar. Daha sonra tələbələr 1 saylı kitabxana və əsaslı kitabxananın iş təcrübəsini öyrəniblər. Onlar kitabxana işinin avtomatlaşdırılması, oxuculara kitabların təqdim olunması, resursların kitabxanadaxili istifadəsi, elektron məlumat bazalarında axtarış proseslərini əyani olaraq izləyiblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay