UNEC-in İTD İB-nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edib.
Tələbələrin qatıldığı “Həmrəylik günü” adlı mərasim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”lə açılıb. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və şəhidlərə həsr olunmuş mahnı səsləndirilib. Tədbirdə səhnəyə də elə tələbələr çıxıblar. Onların ifasında milli və xarici rəqslər, mahnılar səsləndirilib. Həmçinin komediya janrında olan "Tələbənin tətili" adlı səhnəcik təqdim edilib.