A

UNEC SABAH Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ənənəvi “Vyana balı” keçirib.

"Boulevard" otelində təşkil olunan builki "Vyana balı" UNEC SABAH qrupunun məzunu, “V Vyana balı”nın rəqslərinin quruluşçusu Cavid Hacıyevə həsr olunub. Proqramboyu Cavidlə bağlı xatirələr paylaşılıb.

Tədbirdə UNEC SABAH Mərkəzinin müəllim və tələbələri ilə yanaşı, Cavid Hacıyevin anası da iştirak edib.

“Vyana balı”nda ənənəvi olaraq müəllimlərlə tələbələr birgə “Tanqo” rəqsini ifa ediblər. Tədbir samanı təhsilini xaricdə davam etdirən SABAH məzunlarının təbrik videoyazıları səsləndirilib. Builki Vyana balının daha bir özəlliyi isə ondan ibarət olub ki, tədbirdə multikultural dəyərlərə önəm verilib. Tədbir müəllim və tələbələrin ifasında maraqlı rəqslər və musiqilərlə davam edib.

Xatırladaq ki, ənənəvi olaraq hər ilin sonunda keçirilən tədbirin məqsədi dünya mədəniyyəti, rəqs və musiqilərini SABAH tələbələrinin ifasında təqdim etməkdir.  “Vyana balı” SABAH tələbələrinin imtahanqabağı motivasiyasında da mühüm rol oynayır.

”Vyana balı”nın təşkilatçısı SABAH qrupları, IV kursun maliyyə ixtisasının tələbəsi Vilayət Müslümzadədir.

 VİDEO

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay