A

UNEC-in Biznes və menecment fakültəsinin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

Fakültənin kollektivi şəhidlərin məzarı önünə gül dəstələri düzərək, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Xiyabanın ziyarətindən sonra fakültədə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən fakültə dekanı dosent Mirağa Əhmədov 20 Yanvar hadisələri haqqında danışaraq, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. M.Əhmədov 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini vurğulayaraq, onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin bu gün daha da möhkəm gorunub saxlanıldığını diqqətə çatdırıb. O, tələbələrə xalqımızın tarixində baş verən bütün hadisələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən söz açaraq, gənclərə bu istiqamətdə fəal olmağı tövsiyə edib.

Sonra professor Nizami Süleymanov və digər iştirakçılar çıxış edərək, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələrini tarixi faktlarla təhlil ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay