A

UNEC-də “ATHENA” adlı bilik yarışması keçirilir.

Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi (DQƏTM) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən yarışmanın məqsədi gənclərin dünyagörüşünün, intellektual düşüncə qabiliyyətinin artırılması, intellektual oyunların gənclər arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli keçirilməsidir.

Yarışın ilk mərhələsində DQƏTM, Rus İqtisad Məktəbi, Texnologiya və Dizayn, Ekspertiza və Standartlaşdırma fakültələrinin tələbələrindən ibarət komandalar mübarizə aparıblar. İlk turda RİM-in “Fresh” komandası ilə Ekspertiza və Standartlaşdırma fakültəsinin “Legion” komandası 1/4 finala vəsiqə qazanıb.

3-cü turda Maliyyə və Mühasibat fakültəsini təmsil edən “Chicken Dönər” və SABAH qruplarının “SABAH 404” komandaları növbəti mərhələyə yüksəlib.

Yarışmanın 4-cü turunda isə Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Karakalla” komandası Biznes və Menecment  fakültəsinin “Business Team” komandasına qalib gəlib.

Yarışmanın final mərhələsi mart ayında keçiriləcək. Qalib komandaya 500 AZN mükafat, xüsusi kubok və sertifikat veriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay