Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına UNEC-in tələbələri də qoşulublar.
Tələbələr universitetin müxtəlif məkanlarından igid əsgərlərimizə salam göndərir, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını nümayiş etdirirlər.