A

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almağa başlayıb.

MDU-nun mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Sübhan İsayev UNEC və MDU arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində təhsilini UNEC-də davam etdirəcək.

Mübadilədə iştirak etmək üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirakı və digər bu kimi meyarlar əsas götürülüb.

Xatırladaq ki, UNEC ilə MDU arasında ötən ilin noyabrında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, hər iki universitet arasında tələbə və müəllim mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, ortaq elmi tədqiqatların aparılması, habelə birgə elmi konfransların təşkili, beynəlxalq layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay