A

Təhsil Nazirliyi son vaxtlar yaxın xaricdə yayılan koronavirusla bağlı ali və orta ixtisas təhsili müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsini zəruri sayır.

Bu barədə verilən tapşırığa əsasən UNEC-də işçilər və tələbələr arasında aktiv maarifləndirmə və izahat işləri həyata keçirilir. Universitetin Tələbə poliklinikasının tibbi heyəti UNEC-in bütün tədris binalarında tələbələrə və əməkdaşlara virusdan qorunmağın yolları barədə ətraflı məlumat verir, respirator xəstəliklərin olub-olmamasına dair baxış keçirir.

Ümumilikdə UNEC-də sanitar-epidemioloji vəziyyətə həssas yanaşılır, gigiyenik və dezinfeksiyaedici vasitələrlə təchizat yaxşılaşdırılır.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay