A

UNEC katibliyinin və fakültə katibliklərinin fəaliyyətinin təşkili ilə bağlı iclas keçirilib.

İclasda katibliklərin online fəaliyyətinin icra vəziyyəti və bu istiqamətdə qarşıda duran vəzifələr  müzakirə edilib.

Qeyd edilib ki, 31 mart-10 aprel tarixlərində fakültə katibliklərinə qaynar xətt üzərindən tələbələr tərəfindən 967 müraciət daxil olub. Müraciətlər daha çox “Coursera for Campus” proqramı, cari və aralıq qiymətləndirmə, sosial təqaüdlər, buraxılış işinin müdafiəsi, məzun günü, təhsil haqqı və digər məsələlər barəsində olub. Bütün müraciətlər aidiyyəti üzrə baxılaraq, həlli istiqamətində tədbirlər görülüb.

Xatırladaq ki, fakültə katibliyi fakültənin cari və inzibati fəaliyyətləri üzərində rəhbərliyi həyata keçirən struktur bölməsidir. Hazırda UNEC-in 6 fakültəsində Fakültə katiblikləri 8500 tələbəyə xidmət göstərir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay