A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Koronavirus (COVİD -19) pandemiyası ilə bağlı mövcud durumu nəzərə alaraq, aztəminatlı ailələrdən olan tələbələrə maddi yardım göstəriblər.

THİK sosial durumu aşağı olan 100 tələbənin smart kartına pul vəsaiti köçürərək, onlara dəstək olublar. Maddi dəstək göstərilənlərin əksəriyyəti regionlarda yaşayan tələbələr olub.

Xatırladaq ki, UNEC THİK Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat vəsait köçürmüşdü.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay