A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Evdə qal, Elmi İnkişafdan Qalma” şüarı altında “Diplom işin keyfiyyətli olsun” mövzusunda təlim keçirilib.

Türkiyənin məşhur akademik kaynak elmi-tədqiqat saytının yazarı, gənc tədqiqatçı, UNEC-in magistri Aslan Əzimzadənin keçdiyi təlimdə diplom və dissertasiya işlərinin strukturundan, antiplagiat proqramından bəhs edilib. Həmçinin Web of Science, Social Sciences Citation İndex, Science Citation İndex Expanded, Conference Proceedings Citation İndex, Emerging Sources Citation İndex, İmpakt Faktor və onun hesablanma qaydaları barədə ətraflı məlumat verilib.

Onlayn təlim tələbələrin xüsusi marağına səbəb olub. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay