A

11-17 aprel tarixlərində Fakültə katibliklərinə qaynar xətt üzərindən tələbələr tərəfindən 361 müraciət daxil olub.

Müraciətlər daha çox Nazirlər Kabinetinin 13 aprel tarixli “Sosial həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı ilə bağlı olub. Qərarın icrası ilə bağlı fakültə katiblikləri tərəfindən müraciətlərin qəbuluna növbəti həftədən başlanılacaq. 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqlarının ödənilməsi barədə müraciətlərin 1 iyuna, 2020/2021-ci tədris ilinin payız semestri üçün müraciətlərin isə 1 dekabra qədər qəbul edilməsi nəzərdə tutulur.

Bundan əlavə, digər müraciətlər “Coursera for Campus” və ACCA sertifikatlarının tanınması, buraxılış işinin müdafiəsi, istehsalat təcrübəsi, distant dərslərin video yazısının tələbə kabinetinə yüklənməsi, yaz semestrinin imtahanları, yekun dövlət attestasiyası, təhsilhaqqı barəsində olub. 361 müraciətə aidiyyəti üzrə baxılaraq icrası üçün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, Fakültə katibliyi fakültənin cari və inzibati fəaliyyətləri üzərində rəhbərliyi həyata keçirən struktur bölməsidir. Hal-hazırda UNEC-in 6 fakültəsində Fakültə Katiblikləri 8500 tələbəyə xidmət göstərir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay