A

2020/2021-ci tədris ili üzrə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb.

Proqramda UNEC-in Rus İqtisad Məktəbinin bütün ixtisasları üzrə I kursu bitirən tələbələri iştirak edə bilər.

Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Qəbul şərtləri:

- UNEC-in Rus İqtisad Məktəbininin birinci kursunu başa vurmalı;
- Minimum orta bal (ÜÖMG) - 71 bal;
- Rus dilini sərbəst bilməlidir.

Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Akademik transcript (azərbaycan dilində)
  2. CV (rus və ya azərbaycan dilində)
  3. Şəxsiyyət vəsiqəsi

Təhsil müddəti - 1 il
Tədris dili - rus dili
Qeydiyyat haqqı - yoxdur

Son müraciət tarixi - 15 avqust 2020-ci il

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
Svetlana Məmmədova, RİM-in direktor müavini
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay