A

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, UNEC Könüllüləri Təşkilatının və 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin tərəfdaşlığı ilə 2 fevral Gənclər Gününə həsr edilən videokonfrans keçrilib.

Nizami Gəncəvi ili çərçivəsində  təşkil olunan tədbirdə kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, BDU-nun professoru Mətanət Abdullayeva, Kəlbəcər rayon 19 saylı məktəbin direktor müavini, yazıçı- publisist Nofəl Şirinov, UNEC Könüllüləri Təşkilatının sədri, tələbə Orxan Vəliyev, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin könüllülər üzrə məsul şəxs Ələsgər Əhmədov, tələbələr, könüllülər və digər şəxslər iştirak ediblər.

Kitabxananın direktoru Şəhla Qəmbərova Gənclər Gününün yaranma tarixi barədə qısa məlumat verərək, ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu iştirakçıların diqqətinə çatdırıb. Gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin ölkənin ictimai siyasi həyatındakı rolunun yüksəldiyini qeyd edib.

UNEC Könüllüləri Təşkilatının sədri, tələbə Orxan Vəliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramlarının həyata keçirildiyini, gənclərin ölkə həyatının bütün sahələrində təmsil olunduqlarını deyib. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını bildirib.

Tədbirdə çıxış edənlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında əməksevərlik və gənclik mövzularına toxundular.

Konfrans çərçivəsində 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə hazırlanmış Nizami Gəncəvi və Gənclər Gününə həsr olunan videoçarxlar nümayiş edildi. Ədibin yaradıcılığından qəzəllər və qəzəllərə bəstələnmiş mahnılar ifa olundu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay