A

UNEC-in Biznes və menecment fakültəsinin tələbəsi "Mən Azərbaycanlıyam" Milli Bilik Yarışmasının qalibi olub.

Menecment ixtisas üzrə I kurs tələbəsi İlham Əmrahov finalda BDU-nun tələbəsi ilə bilik mübarizəsi apararaq, ona qalib gəlib.

İlham Əmrahov eyni zamanda Biznes və menecment fakültəsi THİK-in nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun rəhbəridir.

Tələbəmizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!

Qeyd: “Mən Azərbaycanlıyam” Milli Bilik Yarışması Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Təhsil Nazirliyinin  dəstəyi ilə 2010-cu ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır.

Proqramın videoyazısını təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay