A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü qeyd edilib və ilk dərslər Xocalı soyqırımı barədə olub.

Tədbirdə kollecin direktoru dos. Oruc Məmmədov, UNEC rektorunun kollec üzrə məsləhətçisi, prof. Nuru Mikayılov Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması,  bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin atdığı addımlardan danışıblar.

Sonra kollecin tarix müəllimi Xatirə Əlizadə Xocalı soyqırımı barədə məruzə ilə çıxış edib. 

Tədbirin sonunda TGT-nin Xocalı soyqırımına həsr etdiyi bədii proqramı təqdim edilib və sənədli film nümayiş olunub

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay