A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişafın həyata keçirilməsinə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 3500 (üç min beş yüz) manat məbləğində vəsait köçürüb.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

TOP XƏBƏRLƏR