A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Arzula, planla və reallaşdır” adlı onlayn görüş keçirilib. 

Tədbirin qonağı ictimai və sosial yönümlü fəaliyyət sahəsində xüsusi fərqlənməyə görə gənclər üçün ayrılmış Prezident mükafatçısı, Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri, yazar Mətanət Quliyeva olub. 

Görüşdə Mətanət Quliyeva keçdiyi keşməkeşli həyat yolundan, bu yolda qarşıya çıxan problemlərdən və uğur əldə etməyin yollarından danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırlıb və fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay