A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.

Maliyyə və mühasibat fakültəsinin THİK sədri Kərim Kərimov görüşün əsas mövzusunun vətənpərvərlik mövzusunda olduğunu diqqətə çatdırıb.

Elxan Elatlı tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, onlara yaradıcılığı haqqında məlumat verib, bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı fikirlərini bölüşüb. 

Görüşdə iştirak edən İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli bədii əsərlərin həyatı əks etdirdiyini, bu və ya digər mövzuda yazılmış əsərlərin mahiyyət etibarilə cəmiyyət-vətəndaş münasibətinə yönəldildiyindən insanların xarakterinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. 

Görüşdə ədibin həyatı, romanları və əsərlərində canlandırdığı obrazlar haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay