A

UNEC Rəqəmsal İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Coders Azerbaijan veb proqramlaşdırma mərkəzinin birgə təşkil etdiyi “ZƏFƏR” adlı veb proqramlaşdırma təlimləri uğurla başa çatıb.

5 həftəlik təlimlər tələbələrin  texnologiya sahəsində inkişafına, gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərmək məqsədilə keçirilib. Müraciət edən 474 tələbədən 60 nəfəri təlimdə iştirak etmək hüququ qazanıb. Ödənişsiz keçən təlimlərdə tələbələr HTML5, CSS3 və Bootstrap 4 üzrə veb proqramlaşdırmanın əsaslarını öyrəniblər. Təlimin sonunda yekun tapşırığı ən yaxşı həll edən 15 iştirakçı isə final mərhələsinə vəsiqə qazanıb.

Finalda Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi Qarayev Nicat I yeri qazanıb. II yerin qalibi Maliyyə və mühasibat fakültəsinin 2-ci kurs tələbəsi Vüqar Qasımov, III yerin qalibi isə Rəqəmsal İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Xəyalə Kəlbəliyeva olub.

İlk 3 yerin qalibinə diplomlar verilib.  Həmçinin I yerin qalibinə UNEC THİK tərəfindən 150 manat məbləğində pul mükafatı, Coders Azerbaijan tərəfındən isə 500 manatlıq kupon, II yerin qalibinə 100 manat və 300 manatlıq kupon,  3-cü yerin qalibinə isə 50 manat və 100 manatlıq kupon təqdim edilib.

Final mərhələsində iştirak edən digər 12 iştirakçıya isə sertifitaklar, Coders Azerbaijan veb proqramlaşdırma mərkəzi tərəfindən hədiyyələr və endirim paketləri verilib.

Rəqəmsal İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Rəhimov və Coders Azerbaijan veb proqramlaşdırma mərkəzinin müəllimi Əli Hacıyev qaliblərə mükafatları təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay