A

UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Ulu öndərin mədəniyyətimizə verdiyi dəyər" adlı tədbiri keçirilib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi dəyərdən, eləcə də mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıdan, böyük bir nəsil mədəniyyət xadimlərinin yetişdirilməsindəki xidmətlərindən bəhs edib.

UNEC-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. UNEC Kitabxana İnformasiya Mərkəzi tərəfindən hazırlanmış "Ulu öndər Heydər Əliyev" virtual kitab sərgisi haqqında məlumat verib, sərgi ilə yaxından tanış olmağa dəvət edib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Aslan Əzimzadə, Yusif Cəfərbəyli və UNEC Könüllüləri Təşkilatının sədri Orxan  Vəliyev mövzu ilə bağlı məruzə ediblər.

Sonda Radio UNEC-in tələbə-redaktoru Cabbar Cəlilovun hazırladığı “Heydər Əliyevin ən çox sevdikləri: 21 suala verdiyi 21 cavab ” videoçarxı nümayiş olunub.

VİDEOÇARX

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay