A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə tarixçi, araşdırmaçı yazar, “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhmədlə “Cümhuriyyət dövründəki Qarabağ” mövzusunda görüş keçirilib. 

Maliyyə və mühasibat fakültəsinin THİK sədri Kərim Kərimov 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. O, 103 il öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayıb.

Sonra Dilqəm Əhməd  xalqımızın maarifpərvər ziyalılarının, siyasi xadimlərinin, yazıçı və şairlərinin daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsindəki mübarizəsindən danışıb. Bu mübarizənin nəticəsi olaraq, 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyətinin tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı şərəflə yerinə yetirdiyini bildirib. D.Əhməd ermənilərin Qarabağ iddiaları, dövlətə qarşı yaratdıqları üsyanlar haqqında da ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay