A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində videokonfrans formatında 2021-ci ilin 16-20 may tarixlərində əyani və qiyabi şöbələr üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşlər vətənpərvərlik mövzusuna və cari semestrinin imtahan sessiyasına həsr edilmişdir.

Görüşlərdə kollecin direktoru dos.Oruc Məmmədov 2020/2021-ci tədris ilinin yaz semestrində distant formada təşkil edilən tədris və təlim-tərbiyə prosesindən bəhs edib. O, tələbələrin dərslərə davamiyyətinin 81,6 % təşkil etdiyini bildirib, imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsinə dair qaydalar barədə tələbələrə ətraflı məlumat verib.

Tələbələrə Vətən müharibəsində iştirak etmiş qəhrəman kollec tələbələri haqqında da geniş məlumat verilib. Şəhid Elşən İbrahimov və Miqdad Abduləlimovun əziz xatirələri yad edilib. Qazilərdən Ələkbər Abdullayev, Xəqani Səlimov, müharibə iştirakçıları Elxan Yunusov, Elgiz Ziyadov, Dadaş Qaçayev, Samir Əlibəyli və Ulubəy Tahirov döyüş yolları haqqında xatirələrini tələbələrlə bölüşüblər. 

Kollecin direktoru dos. Oruc Məmmədov, UNEC rektorunun kolleclər üzrə məsləhətçisi prof. Nuru Mikayılov, kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov, həmkarlar ittifaqının sədri Alı Əliyev, şöbə müdirləri Nəzrin Quliyeva, İlham Abbasov və tələblər müzəffər Azərbaycan ordusunun 44 günlük müharibəsindəki qələbəsindən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay