A

UNEC-də Maliyyə və mühasibat fakültəsi və SABAH Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti-103 mövzusunda onlayn tədbir keçirilib.

SABAH Mərkəzinin müəllimi, politoloq Şəbnəm Həsənova Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, süqutu, qurucuları, tarixi əhəmiyyətindən geniş bəhs edib və onun dövlətçilik tariximizə şanlı bir səhifə kimi həkk olunduğunu vurğulayıb.

SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva, Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu,  təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıblar və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd ediblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay