Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsinin oktyabr ayı üzrə nəticələri açıqlanıb. “Google forum” üzərindən elektron formada keçirilən səsvermədə 990 tələbə iştirak edib. Dərsə vaxtında gəlmə və başlama, dərsi səlis və aydın şəkildə izah etmə, tələbələrə dərsdən sonra kömək göstərilməsi, tələbələrin dərsdə aktiv iştirakına şəraitin yaradılması, keçilən dərslərlə imtahan testlərinin uyğunluğu, tələbənin müəllim tərəfindən qiymətləndirilməsinin obyektivliyi, müəllimin ilk 15 dəqiqədə elektron jurnal vasitəsilə dərsə davamıyyəti yoxlaması və s. mövzularla bağlı suallar müsbət cavablandırılıb.
Müəllim dərsin izahında real nümunələr istifadə edir və müxtəlif metodlarla bütün tələbələri dərsdə iştiraka cəlb edir, müəllim dərsi yazdırmır, prezentasiya ilə izah edir suallarının cavablarında nəticələr aşağıdır.
Layihə əsasında aparılan sorğunun nəticələri hər ay üzrə universitetin rəsmi saytında açıqlanacaq. Növbəti aydan sorğular fakültələr üzrə aparılacaq.Sorğunun nəticələrini təqdim edirik: