A

UNEC nəzdində Maliyyə-İqtisad Kollecində  2016/2017-ci tədris ilinin qış imtahan sessiyasında bir sıra yeniliklər tətbiq edilib.

Yeni tədris ilində kollecdə tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi üçün imtahanlar ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilib. İmtahan sessiyasının uğurla həyata keçirilməsi məqsədi ilə kollecdə Apellyasiya və İşçi-nəzarət komissiyaları yaradılıb. Eyni zamanda imtahan prosesinə nəzarət və iştirak ictimaiyyət üçün tam açıq elan edilib. Kollecdə həmçinin imtahan prosesi zamanı yarana biləcək hər hansı sual və problemlərin operativ şəkildə cavablandırılması üçün “Qərargah” yaradılıb. İmtahan prosesi ilə bağlı yaranan problemlərlə bağlı müraciətləri (012) 493-51-10 nömrəli telefona zəng etməklə bildirmək mümkündür.

Qeyd edək ki, kollecdə 2016/2017-ci tədris ili üçün test üsulu ilə keçirilən imtahanlarda əyani və qiyabi şöbələr üzrə 1054 tələbənin iştirakı nəzərdə tutulub. Sessiya üçün 301 imtahanı əhatə edən 47 fənn üzrə (azərbaycan və rus bölməsi üzrə) test nümunələri hazırlanıb. Hər bir fənn üzrə hazırlanan 300 test nümunəsi imtahanlardan öncə tələbələrə təqdim edilib. İmtahan zamanı isə hər bir tələbəyə müxtəlif variantlar üzrə 50 test nümunəsi təqdim edilib.

 

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR