A

Yanvarın 12-də “AtaHolding” Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova UNEC-də qış imtahan sessiyasının gedişini izləyib.

“SABAH” qrupu tələbələrinin yazılı imtahalarında müşahidəçi qismində iştirak edən tanınmış PR mütəxəssisi tələbələrə yaradılan şəraitlə tanış olduqdan sonra imtahanın gedişi ilə bağlı öz təəssüratlarını bölüşüb: “İstər imtahan prosesi, istərsə də imtahan üçün yaradılan şərait olduqca yaxşı və standartlara uyğun idi. Proses şəffaf, ciddi nəzarət altında və qaydalara uyğun aparıldı. İmtahana gələn tələbələr növbə ilə bir-bir nəzarətdən keçdilər və üzərlərində olan mobil telefonlar yığıldı. Daha sonra tələbələr imtahan zalına daxil oldular. Tələbələr müstəqil şəkildə, heç bir kənar maneə, müdaxilə olmadan, tam səssizlik və nəzarət şəraitində imtahan suallarını cavablandırdı.

 

İmtahan başa çatanda tələbələr qeyd etdilər ki, imtahan sualları çətin olmayıb və onların semestr ərzində öyrəndikləri bilikləri əhatə edib. Onu da əlavə edim ki, UNEC-də PR işləri yüksək səviyyədə qurulub. Tələbələrin sosial həyatı, ictimai fəallığı da yüksək səviyyədədir. Bundan başqa, universitetin xəbərləri operativ olaraq mətbuatda, universitetin rəsmi səhifəsində işıqlandırılır”.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR