A

UNEC-in Zaqatala filialında qış imtahan sessiyası keçirilir.

Sessiya dövründə ictimaiyyət nümayəndələri və valideynlərin imtahanlarda iştirakı təmin edilib. Valideynlər filiala gələrək övladlarının imtahanlarını izləyərək, nəticələrin yoxlanılması prosesi ilə tanış olublar. Fakültə dekanları, müəllim və nəzarətçılər valideynlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, imtahanlar UNEC rektorunun yaratdığı komissiyanın iştirakı ilə həyata keçirilir və tədris qrafikinə uyğun olaraq, filialın direktorunun əmri ilə təsdiq olunan cədvəl əsasında aparılır. Ümumilikdə imtahanlarda 4 ixtisas üzrə 113 tələbənin iştirakı nəzərdə tutulub. Tələbələrə imtahanların qiymətləri həmin gün elan olunur və günün sonuna qədər bütün imtahanların nəticəsi elanlar lövhəsində yerləşdirilir.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialda Apellyasiya Komissiyası da fəaliyyət göstərir. Tələbə imtahanın nəticəsindən narazı qaldıqda nəticələr elan olunduğu gün Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir. Komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq, obyektiv qərar çıxarılmasını təmin edir.

Bundan başqa, filialda imtahan prosesində yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə “Qərargah” yaradılıb. “Qərargah” həftənin beş günü 09:00-18:00-dək fəaliyyət göstərir. “Qərargah”la 020-26-9-63-70 nömrəli telefona zəng etməklə də əlaqə saxlamaq mümkündür.

İctimai televiziyanın imtahan sessiyasından hazırladığı süjeti təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay