A

UNEC-də növbəti “Açıq qapı” keçirildi. Görüşdə rektor, professor Ədalət Muradovla birgə yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid və tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev tələbələri, valideynləri qəbul edərək, onların müraciətlərini dinlədilər. Müraciətlər qış imtahan sessiyasında üzləşdikləri çətinliklərlə bağlı oldu. Əksər məsələlər yerindəcə həllini tapdı. UNEC rektoru digər məsələlərin araşdırılması üçün aidiyyatı struktur bölmələrinə tapşırıqlarını verdi. İctimaiyyət nümayəndələri fikirlərini unec.edu.az saytı ilə bölüşdülər:

Rəşad Məcid: Fikirləşdiyim əvvəlki İqtisad Universiteti çox dəyişib. Mən tələbələri belə təsəvvür etmirdim. UNEC-də tələbələr artıq öz problemlərini deyə bilirlər və haqlarını tələb edirlər. Ən maraqlısı odur ki, tələbə kənar şəxs olmadan sözünü deyir. Bu, yaradılan şərait, yeni mühitllə bağlıdır. Çünki tələbə güvənir ki, onu eşidəcəklər və onun müraciəti obyektiv həllini tapacaq Əliməmməd Nuriyev:

UNEC bizi yenə təəccübləndirdi. Daxil olan müraciətləri dinlədik və çox maraqlı araşdırmamız oldu. Artıq tələbə sözünü cəsarətlə, açıq şəkildə deyir, haqqını müdafiə etməyi bacarır. Tələbə indi birincilik uğrunda mübarizə aparır, qiymətlərinin yüksəldilməsi, savadının, bacarığının daha da artırılması ilə bağlı müraciətlər edir. Hiss edirəm ki, UNEC-də dünyagörüş də dəyişib. Universitetdə vətəndaşı diqqətlə dinləməyin, məsələyə ətraflı yanaşmanın şahidi olduq. UNEC təhsildə yeni tendensiyanın başlanğıcını qoyur. Düşünürəm ki, gördüklərimiz tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən amil olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay