A

Fevralın 11-də Fransanın və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə UNEC müəllimləri üçün qış məktəbinə start veriləcək.

Qış məktəbinin məqsədi UNEC-in professor-müəllim heyətinin müasir tədris bacarıqlarının daha da təkmilləşdirilməsidir. Qış məktəbində müasir kurikulum yaradılması, seminar və mühazirə dərslərinin strukturunun idarəedilməsi vasitələri, müasir İKT tətbiqləri olan “ePortfolios” və “Snagit”in dərslərdə istifadəsi, professor-müəllim heyətinin liderlik və menecment bacarıqlarının, o cümlədən biliyin qiymətləndiirlməsi metodlarının təkmilləşdirilməsi, auditoriyanın interaktiv metodlarla idarəedilməsi mövzularında təlimlər keçiriləcək. Təlimləri Paris-Sorbon Abu-Dabi Universitetinin professoru Rida Ballaik Hourani və Litz David Riçard keçəcək.Təlimlərə qatılacaq 120 müəllim xüsusi kriteriyalara görə müəyyən edilib. Onlar differensial əməkhaqqı sisteminin və tələbələrin məmnunluq anketi sorğusunun nəticələrinə, eyni zamanda “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsindəki reytinqinə və nizam-intizam qaydalarına görə seçiliblər.

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil ediləcək qış məktəbi dörd gün davam edəcək. Sonda iştirakçılara Paris-Sorbon Abu-Dabi Universitetinin sertifikatları veriləcək. 

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR