A

UNEC-də 2017-2018-ci tədris ili üçün SABAH qruplarına qəbulla bağlı görüş keçirilib.

Görüşdə UNEC-in Tələbələrlə iş üzrə üzrə prorektoru, dosentSəadət Qəndilova, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə vəUNEC-inSABAH mərkəzi rəhbərinin müavini Aqil Əzizov iştirak edib.

Birinci kurs tələbələri ilə keçirilən görüşdə S.Qəndilova SABAH qruplarının mütərəqqi və mühüm əhəmiyyət kəsb edən bir layihə olduğunu vurğulayıb. SABAH-ın tələbələr üçün böyük şans olduğunu bildirərək, onlara bu imkandan maksimum yararlanmağı tövsiyə edib.

A.Əzizov UNEC-in SABAH Mərkəzi barədə məlumat verib. Bildirib ki, hazırda UNEC-in SABAH qruplarında 682 tələbə təhsil alır. Qış imtahan sessiyasının nəticələrinə əsasən, SABAH qrupunun tələbələri universitetdə yüksək nəticələr əldə ediblər. Tələbələr həmçinin, sosial layihə və tədbirlərdə fəal iştirak ediblər. A.Əzizov yeni tədris ilində bu qruplara 6 ixtisas: maliyyə, mühasibat uçotu və audit, biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat, menecment üzrə qəbul həyata keçiriləcəyini tələbələrin diqqətinə çatdırıb.

Sonra Ş.Seyidzadə tələbələrə SABAH qruplarının mahiyyəti, qəbul qaydaları və tədris prosesi haqqında geniş məlumat verib. SABAH qruplarına qəbulun üç mərhələdə müsabiqə yolu ilə aparıldığını bildirib. Qeyd edib ki, müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin birinci kursunda əyani təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə üç dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında tələb olunan namizədlərə çevrilmək imkanları təklif edir.

SABAH qruplarında ali təhsil almaq istəyən tələbələr sabah.edu.az internet səhifəsinə daxil olmaqla online qeydiyyatdan keçə bilərlər.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR