A

UNEC-də “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov, DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov, İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov, UNEC-in magistr və sonuncu kurs tələbələri iştirak edib.

B.Xəlilov dövlət qulluğuna qəbul qaydalarında edilən dəyişikliklər barədə məlumat verib, dövlət qulluğu sahəsində DİM-in üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, mərkəzin əsas fəaliyyəti dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.

“Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən V.Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğunu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı DİM-in funksiyaları barədə məlumat verib.

P.Kazımov “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” mövzusunda təqdimatınla çıxış edib. O, gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında praktiki xarakterli məsləhətlər verib, həmçinin peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyasının rolunun önəmi vurğulanıb.

Sonda tələbə və magistrləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay