A

UNEC-də digər universitetlərdən köçürülən 

tələbələrlə

 görüş keçirilib.

Tanışlıq xarakteri daşıyan görüşdə UNEC-in 

tələbə rektoru

 

Cabbar Hüseynli

və tələbə təşkilatlarının rəhbərləri iştirak edib.

C.Hüseynli tələbələrə UNEC barədə geniş məlumat verərək, burada həyata keçirilən ikili diplom, mübadilə və xüsusi təqaüd proqramlarından söz açıb. Tələbələrə Elektron Universitet Modeli barədə ətraflı məlumat verən tələbə rektor onların şəxsi kabinetdən istifadəyə dair suallarını cavablandırıb. UNEC 

Karyera Mərkəzindən

bəhs edən C.Hüsenli tələbələrin öz startap layihələrini 

İnnovativ Biznes İnkubatorunda

reallaşdıra biləcəklərini qeyd edib. O, xüsusi bacarığı ilə fərqlənən tələbələr üçün

 Yaradıcılıq Mərkəzinin

fəaliyyət göstərdiyini də bildirib.

Tələbə təşkilatlarının sədrləri rəhbərlik etdikləri qurumlar barədə ətraflı məlumat verərək, həyata keçirdikləri layihələrdən bəhs ediblər.

Görüş universitet ərazisində infoturla davam edib. Tələbələr kitabxana və 

Radio UNEC

ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay