A

Türkiyə Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının (

KOSGEB

) nümayəndəsi Emre Kurnaz UNEC-də olub.

E.Kurnaz

SABAH

tələbələrinə “Firmanın iqtisadiyyatı” fənnindən mühazirə keçib.

İnnovativ sahibkarlıq mövzusunda çıxış edən E.Kurnaz tələbələrdə innovativ sahibkarlıq ənənəsinin formalaşdırılması və bu sahədə biliklərin artırılmasının vacibliyindən söz açıb. Görüşdə “tədqiqat və inkişaf”, “innovasiya və sənaye tətbiqinə dəstək proqramları”, “əsas sahibkarlq konsepsiyası”, “bazarın araşdırılması”, “biznesin növləri və funksiyaları”, “Canvas biznes modeli”, “Lean start-up”, “Design thinking” metodologiyaları istiqamətində fikir mübadiləsi aparılıb.

SABAH tələbələrinin biliyini müsbət qiymətləndirən E.Kurnaz onların müzakirə bacarığının yüksək səviyyədə olduğunu bildirib.

KOSGEB haqqında: Türkiyə Respublikasında iqtisadı və sosial ehtiyacların qarşılanmasında kiçik və orta ölçülü müəssisələrin payını və təsirini artırmaq, həmçinin rəqabət gücünü yüksəltmək məqsədilə 1990-cı ildə yaradılıb. Adı çəkilən qurum kiçik və orta ölçülü sahibkarlara dəstəyini birbaşa maliyyə yardımların edilməsi, güzəştli kreditlərin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, xarici bazarlara çıxışa yardım edilməsi və bu kimi digər vasitələrlə həyata keçirir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay