A

 UNEC-in Zaqatala filialında 2017/2018-ci tədris ilinin qış imtahan sessiyası başlayıb.

Bu il Zaqatala filialında 5 ixtisas üzrə 273 bakalavr imtahan verəcək. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə imtahanlar UNEC-in rektorunun təsdiqlədiyi tədbirlər planı əsasında təşkil olunub. İmtahan prosesi QHT, KİV və ictimaiyyət nümayəndələrinə açıq keçirilir. Filialda müraciətlərin operativ araşdırılması üçün qərargah yaradılıb. Eyni zamanda tələbələr arasında anonim sorğu keçirilib, imtahanlardan əvvəl “Açıq qapı günü” təşkil edilib.

İmtahanlarda müşahidəçi qismində iştirak edən QHT nümayəndələri imtahanların təşkilini yüksək qiymətləndiriblər. Tələbələrin müasir tələblərə cavab verən auditoriyalarda mərkəzləşmiş qaydada imtahan verdiyini, biliyin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün şəraitin yaradıldığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR