A

UNEC-də 2017/18-ci tədris ilinin yay imtahan sessiyası başlayıb.

İyunun 1-dən start verilən imtahan sessiyası hər zaman olduğu kimi yenə də ictimaiyyətə açıq keçiriləcək. İmtahanlara nəzarəti UNEC İctimai Nəzarət Şurası həyata keçirəcək.

Sessiya dövründə tələbələrin müraciətini operativ cavablandırmaq məqsədilə UNEC-də operativ qərargah yaradılıb. Tələbə müraciətləri eyni zamanda Facebook sosial şəbəkəsində UNEC imtahan səhifəsi vasitəsilə də cavablandırılacaq. Səhifəni UNEC-in Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzi ilə UNEC İctimai Nəzarət Şurası idarə edəcək.

İmtahanlarda bütün tələbələrimizə uğurlar arzulayırıq!

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR