A

Valideynlər, ictimaiyyət və KİV nümayəndələri UNEC-də təşkil olunan yay imtahan sessiyasının gedişini müşahidə ediblər.

Biznes və menecment fakültəsində keçirilən imtahan prosesini izləyən müşahidəçilər imtahanların təşkilindən məmnunluqlarını ifadə ediblər. Onlar ixtisas fənlərinin imtahanlarının yazılı keçirilməsini tələbələrin öz ixtisaslarını daha dərindən yiyələnə bilmələri baxımından uğurlu addım kimi dəyərləndiriblər. “Sahil” qəzetinin baş redaktoru Həşim Həsənoğlu UNEC-in imtahanlarda obyektivliyin və şəffaflığın qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, bu ali təhsil ocağının qısa zamanda cəmiyyətə açıq universitet modeli təqdim etdiyini bildirib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov müşahidəçilərə UNEC-dəki yeniliklər barədə məlumat verib. İmtahanların və dərslərin daim ictimaiyyət nümayəndələrinə açıq keçirildiyini bildirən dekan, onları universitetin ictimai həyatında aktiv iştirak etməyə çağırıb.

Görüşdə müşahidəçilərin imtahanla bağlı sualları cavablandırılıb. 

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR