A

Kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib.

3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə bilərlər. İstifadəçilər həmçinin “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.

İmtahan sessiyası dövründə tələbələrin hazırlığına dəstək məqsədi ilə oxu zalları, həmçinin, gücləndirilmiş iş rejiminə keçir. Kitabxana və oxu zalları əsas tədris korpusunda (24/7 Kitabxanası, Əsaslı kitabxana, Oxu zalı), II tədris korpusunda (Oxu zalı), IV tədris korpusunda (Oxu zalı) və filiallarında tələbələrin xidmətində olacaq. 

Bütün tələbələrə imtahan sessiyasında uğurlar arzu edirik! 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay