A

UNEC-in Zaqatala filialında 2018/2019-ci tədris ilinin qış imtahan sessiyası başlayıb.

Filialda ictimaiyyət və media nümayəndələri, eləcə də valideynlər imtahanların gedişini izləyərək, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər. Fakültə dekanı Həqiqət Qədimova bildirib ki, bu semestr filialda 8 ixtisas üzrə əyani 546 bakalavr imtahan verəcək. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə imtahanlar UNEC-in rektorunun təsdiqlədiyi tədbirlər planı əsasında təşkil olunub. İmtahan prosesi hər il olduğu kümü, bu il də KİV və ictimaiyyət nümayəndələrinə açıq keçirilir. Filialda müraciətlərin operativ araşdırılması üçün Qərargah yaradılıb. “Qərargah” həftənin beş iş günü 09:00-18:00-dək fəaliyyət göstərir. “Qərargah”la (024) 225-21-57 nömrəli telefona zəng etməklə də əlaqə saxlamaq mümkündür.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialda Apellyasiya Komissiyası da fəaliyyət göstərir. Sessiya dövründə filialın kitabxanası isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay