A

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dos. Anar Rzayev Zaqatala filialına səfər etmişdir.

Səfər zamanı professor-müəllim heyəti ilə keçirilmiş görüşdə UNEC-in hədəf və prioritetlərini iclas iştirakçılarına bir daha çatdırılmış, pedaqoji heyətin tədris prosesinin keyfiyyətinin daha da artırılması istiqamətində təklifləri dinlənilmiş və qeydiyyata alınmışdır. 

A.Rzayev tələbələrlə keçirilmiş görüşlər zamanı onların tədris prosesinə dair rəy və təkliflərini dinləmişdir. UNEC-in prorektoru qış imtahan sessiyasının gedişatı ilə də tanış olmuşdur.

Səfər çərçivəsində Zaqatala filialının UNEC-in vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminə tam qoşulması istiqamətində həyata keçirilən işlərin gedişatının, filialın inkişafına dair tədbirlər planının icrası vəziyyətinin monitorinqi keçirilmiş və 2019-cu il üzrə tədbirlər planı filial rəhbərliyi ilə müzakirə edilmişdir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR