A

UNEC-də xarici dilin tədrisinin təkmilləşdirilməsi məqsədilə görüş keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə xarici dilin tədrisinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

“Xarici dillər” kafedrasının müdiri, professor Afət Abbasova ingilis dilinin tədrisinin yeni standartlarla təşkili və tələbələrin xaricə dilə marağının daha da artırılması istiqamətində təkliflərlə çıxış edib.

Görüşdə bildirilib ki, UNEC-də xarici dilin tədrisinin daha effektiv olması üçün ingilis dilinin tədrisi və imtahan edilməsi sahəsində böyük təcrübəyə malik olan British Counsil  ilə birlikdə tədbirlər planı hazırlanır. Tədbirlər planına əsasən, xarici dili oxu, yazı, dinləmə və danışıq bacarıqları üzərindən tədris olunacaq. İngilis dilinin dərslik, sillabus və imtahan sualları isə ixtisaslara uyğun olaraq hazırlanacaq. Bundan əlavə, xarici dili dərslərinin effektivliyini artırmaq məqsədilə dərs saatlarının artırılması, dərs zamanı qruplarda tələbə sayının azaldılması da təklif olunub. 

Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilini tədris edən UNEC müəllimlərinin British Counsilin nümayəndələrinin seçimləri əsasında müəyyən ediləcəyi də vurğulanıb. Bildirilib ki, tələbələrə xarici dili fənninin tədrisinin sonunda British Counsilin sertifikatları təqdim olunacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay