A

UNEC-də professor-müəllim heyətinin tədris və tədqiqat bacarıqlarının təkmilləşdirilməsi, ingilisdilli ədəbiyyatlara çıxış imkanlarının genişləndirilməsi, müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakına şərait yaradılması məqsədilə 2018/19-cu tədris ilinin yaz semestrindən etibarən “Akademik İngilis dilli yazı” kurslarına start veriləcəkdir.

Bu məqsədlə ölkədə xarici dil tədrisi sahəsində böyük təcrübəyə malik şirkətlərdən biri olan British Council ilə əməkdaşlıq müqaviləsi imzalanmış və UNEC müəllimləri üçün diaqnostiq APTIS test imtahanı təşkil olunmuşdur.

18 fevral 2019-cu il tarixindən APTIS test nəticəsi B1 və yuxarı olan müəllimlər üçün 4 ay müddətinə 96 saat təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Kursların proqramı professor-müəllim heyətinin ixtisas sahələri üzrə akademik ingilis dilində danışma, yazma, dinləmə və oxuma  bacarıqlarının təkmilləşdiriməsi məqsədi ilə hazırlanıb və təlim nəticəsində müəllimlərin nüfuzlu beynəlxalq jurnallarda məqalələr çap etdirməsi, mübadilə yolu ilə dünya universitetlərinin tədris fəaliyyətlərində iştirak imkanlarının artırılması və muasir ədəbiyyatla tanışlıq imkanlarının genişləndirilməsi hədəflənmişdir.

Müəllimlərin ingilis dili səviyyəsinin yoxlanılması məqsədi ilə kursun sonunda yenidən APTİS imtahanı təşkil olunacaqdır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR